“Kəpəz”in futbolçusu Veysəl Rzayev bıçaqlanıb.
İdmanxeber.az “Qafqazinfo.az”a istinadən xəbər verir ki, hadisə Gəncədə baş verib.
O, əməliyyat edilib, vəziyyətinin orta-ağır olduğu bildirilir.
Veysəl Rzayev qış fasiləsində “Turan Tovuz”dan “Kəpəz”ə keçmişdi.