AZ

"Kəpəz"in futbolçusu bıçaqlandı - Vəziyyəti ağırdır

Gəncədə bıçaqlanma hadisəsi baş verib.

Fanat.Az xəbər verir ki, bıçaqlanan şəxs “Kəpəz” klubunun futbolçusu Veysəl Rzayevdir. 

2002-ci il təvəllüdlü futbolçu kəsilmiş-deşilmiş yarası ilə xəstəxanaya yerləşdirilib.

O, əməliyyat edilib, vəziyyətinin orta-ağır olduğu bildirilir.

DİN-in regional qrumundan bildirilib ki, faktla bağlı polis əməkdaşları tərəfindən araşdırma aparılır. Əməli törədən şəxsin saxlanılaraq istintaqa təhvil verilməsi istiqamətində tədbirlər görülür.

Veysəl Rzayev "Kəpəz"ə “Turan Tovuz” klubundan transfer edilib.

Seçilən
1
fanat.az

1Mənbələr