AZ

Bu gün saat 10:00-dan qaz kəsiləcək

Bu gün Bakının Binəqədi rayonunun bir hissəsinin qaz təchizatı müvəqqəti dayandırılacaq.

Bu barədə NOCOMMENT.az-a Azərbaycan Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Qeyd olunub ki, “Motodrom” qaz xəttində aşkar olunmuş sızmanın aradan qaldırılması məqsədi ilə saat 10:00-dan işlər yekunlaşanadək Binəqədi rayonu, Biləcəri qəsəbəsinin bir hissəsinin və Motodrom ərazisinin qaz təchizatı dayandırılacaq.

Seçilən
16
4
nocomment.az

10Mənbələr