AZ

Liverpul 72 milyon avroya müdafiəçi aldı

sport24.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

"Renn"in müdafiəçisi Jeremi Jake "Liverpul"la müqavilə bağlayıb. Sport24.az xəbər verir ki, bu barədə İngiltərə klubunun mətbuat xidməti məlumat yayıb.

"Liverpul" 20 yaşlı futbolçu ilə anlaşıb və sözləşməyə əsasən, o, cari mövsümün qalan hissəsini Liqa 1-də keçirəcək. Yayda isə müdafiəçi İngiltərəyə yollanacaq. 

Transferin maliyyə detalları rəsmi açıqlanmasa da insayder Fabrisio Romanonun sözlərinə görə, ingilislər oyunçu üçün Fransa klubuna bonuslar da daxil olmaqla 72 milyon avro ödəyib.

Qeyd edək ki, Jake bu mövsüm "Renn"in heyətində bütün turnirlərdə 19 oyunda iştirak edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
8
sport24.az

1Mənbələr