İranın Ali Liderinin müşaviri admiral Əli Şəmxani ərəbdilli "Əl-Məyadin" telekanalına verdiyi müsahibədə bildirib ki, ABŞ güzəştə gedərsə, İran uranın zənginləşdirilməsi səviyyəsini 20%-ə endirməyə hazırdır.
Moderator.az xəbər verir ki, bu haqda "TASS" da məlumat yayıb.
Şəmxani qeyd etdi ki, Vaşinqtonu narahat edərsə, 60% zənginləşdirmə səviyyəsi 20%-ə endirilə bilər. Lakin bu halda amerikalılar bunun üçün pul ödəməli olacaqlar.
Şamxaninin sözlərinə görə, İslam Respublikasının nüvə proqramı dinc xarakter daşıyır və uranın 60%-ə qədər zənginləşdirilməsi yalnız, birincisi, İranın düşmənlərinin sui-qəsdinə qarşı çıxmaq, ikincisi isə danışıqlara və dialoqa hazırlıq üçün lazımdır.
Xatırladılır ki, fevralın 1-də İranın xarici işlər naziri Abbas Əraqçi Tehran və Vaşinqtonun yaxın gələcəkdə ədalətli nüvə razılaşmasına nail ola biləcəklərini açıqlayıb.
S.Laçın