AZ

Xızılı gənclərin sorağı rayon sərhədini çoxdan aşıb

Xızıdakı Heydər Əliyev Mərkəzində rayon icra hakimiyyətinin, Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsinin rayon üzrə sektorunun birgə təşkilatçılığı ilə "Heydər Əliyev və dövlət gənclər siyasəti" adlı tədbir keçirilib. 

Tədbirdə rayonun mədəniyyət, təhsil, elmi-pedaqoji fəaliyyət sahəsində fərqlənən qabaqcıl gəncləri ilə yanaşı, idarə, müəssisə və təşkilatların nümayəndələri də iştirak ediblər.

Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarətlə başlayan tədbirdə bildirilib ki, gənclərə həmişə böyük diqqət və qayğı ilə yanaşan, bu siyasəti müstəqil Azərbaycan dövlətinin fəaliyyətinin ən mühüm istiqamətlərindən biri hesab edən Ulu Öndər gəncləri dövlətin gələcəyi və inkişafının əsas dayağı kimi dəyərləndirmişdir. Qeyd olunub ki, bu gün gənclərimizin səsi dünyanın tanınmış universitetlərindən gəlir. İntellektual və vətənpərvər olmaq gənclərimizin həyat amalına çevrilib. Bu baxımdan xızılı gənclər də istisna deyil. 

Sonda fəallığı ilə seçilən bir qrup gəncə RİH-in fəxri fərmanları təqdim olunub.

Akif ƏLİYEV,

"Azərbaycan"

Seçilən
16
azerbaijan-news.az

1Mənbələr