ain.az bildirir, Bakivaxti saytına əsaslanaraq.
"Biz inanırıq ki, davamlı və ləyaqətli sülhə nail olmaq mümkündür".
Bakıvaxtı.az “LeMonde.fr”ə istinadən xəbər verir ki, bu barədə Ukrayna prezidenti Volodimir Zelenski bildirib.
Ukrayna lideri əlavə edib ki, o, ABŞ-nin dialoq üçün lazımi şərtləri təmin etməyə sadiq qalacağını gözləyir:
"ABŞ ilə təhlükəsizlik zəmanətləri ilə bağlı ikitərəfli sənədin hazır olduğuna inanırıq, yenidənqurma və iqtisadi inkişafla bağlı sənədlər üzərində əsaslı işi davam etdirmək niyyətindəyik".
Qeyd edək ki, Rusiya, Ukrayna və ABŞ Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində atəşkəslə bağlı danışıqlara başlayıblar. Növbəti danışıqların bu həftənin çərşənbə və cümə axşamı günləri keçirilməsi planlaşdırılır.
Aydın Baxış
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.