AZ

Şəmkirdə kişi qadını bıçaqladı

Şəmkirdə qadınla kişi arasında mübahisə qanla nəticələnib. 

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, Şəmkir rayonunun Keçili kənd sakini, 1989-cu il təvəllüdlü Əli Əsgərov münaqişə zəminində Gəncə şəhər sakini, 1993-cü il təvəllüdlü Səkinə İmamquliyevanı bıçaqlayıb. 

Yaralı bədənin kəsilmiş-deşilmiş yarası diaqnozu ilə xəstəxanaya çatdırırlıb. Ona ilkin tibbi yardım göstərilib, müalicəsi davam etdirilir. 

Faktla bağlı araşdırma başlanılıb.


Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu

Seçilən
15
bizim.media

1Mənbələr