AZ

Bill və Hillari Klinton Epşteyn işi üzrə ifadə verəcək

ABŞ Konqresinin Nəzarət Komitəsi qarşısında dinləmələrə razılıq verilib...

ABŞ-nin sabiq prezidenti Bill Klinton və 2016-cı il prezident seçkilərində Demokratlar Partiyasının namizədi olmuş Hillari Klinton məhkum edilmiş maliyyəçi Ceffri Epşteyn işi üzrə Konqresin Nümayəndələr Palatasının Nəzarət Komitəsi qarşısında ifadə verməyə razılıq veriblər.

Poliqon xəbər verir ki, bu barədə Reuters və The New York Times (NYT) nəşrləri məlumat yayıb.

Məlumata görə, cənab və xanım Klinton bundan əvvəl Konqresdə şəxsən çıxış etməkdən imtina edirdilər. Onlar istintaqla əməkdaşlığa hazır olduqlarını bildirsələr də, Nəzarət Komitəsinin sədri tərəfindən siyasi motivli proses aparıldığını və bunun guya birbaşa onların həbsinə yönəldildiyini iddia edirdilər.

Nəzarət Komitəsi Klintonların Konqresə hörmətsizlik maddəsi ilə məsuliyyətə cəlb olunmasını tövsiyə etmişdi. Bu isə potensial olaraq onların barəsində cinayət təqibinin başlanmasına gətirib çıxara bilərdi. ABŞ qanunvericiliyinə əsasən, Konqresə hörmətsizlik ittihamı üzrə maksimum cəza bir ilədək azadlıqdan məhrumetmə və 100 min dollar məbləğində cərimədir.

NYT qeyd edir ki, Nümayəndələr Palatasında iki demokratın Konqresə hörmətsizlikdə təqsirli bilinib-bilinməməsi ilə bağlı səsvermə artıq bir neçə gün ərzində keçirilməlidir. Reuters-in məlumatına görə, Palatanın spikeri Mayk Conson Klintonların ifadə verməyə razılıq verməsini müsbət qarşılasa da, planlaşdırılan səsvermənin ləğv edilib-edilməyəcəyini dəqiqləşdirməyib.

Xatırladaq ki, Ceffri Epşteyn dindirmələr zamanı Bill Klintonla münasibətləri ilə bağlı suallara cavab verməkdən imtina edib. Maliyyəçinin cinayət işi materiallarında Bill Klintonun adı və fotoşəkilləri yer alsa da, Epşteyn onun istintaqın iddiasına görə azyaşlılara qarşı seksual zorakılığın baş verdiyi adaya gedib-getmədiyi barədə də sualları cavabsız qoyub.

Poliqon.info

Seçilən
10
19
poliqon.info

10Mənbələr