AZ

Magistrallarda sağ zolaq boş olduğu halda, sol zolaqla hərəkət etmək cərimələnməyə səbəb olur? - AÇIQLAMA

Rayon yollarında hərəkət edən sürücülər sol zolağa görə tətbiq edilən cərimələrdən narazıdırlar. Yol polisi tərəfindən əsas kimi sağ zolağın boş olması göstərilir. Sürücülər isə ağır yük avtomobillərinin yaratdığı deformasiya səbəbindən bəzi zolaqlardan istifadə etməyin mümkünsüz olduğunu bildirirlər.

 

Mövzu ilə bağlı Pravda.az-a açıqlama verən nəqliyyat məsələləri üzrə ekspert Yasin Mustafayevin sözlərinə görə, şəhərdaxili yollar istisna olmaqla, digər yollarda sağ zolaq boşdursa, sol zolaqda hərəkət etmək inzibati məsuliyyət yaradır, cəriməsi mövcuddur, amma bunu dağılan yollara aid etmək olmaz.

Qarlı

O bildirib ki, belə yollarda sürücü sağ zolaqda hərəkət edə bilmədiyi üçün məcbur sol zolağa çıxır: “Məcburiyyət varsa, ona cərimə tətbiq edilə bilməz. Əksər hallarda Yol Patrul Xidməti əməkdaşları bu vəziyyətə anlayışla yanaşırlar. Nadir hallarda belə faktlar var ki, sürücü sağ zolaqda getmədiyi üçün cərimələnsin. Əslində bu qayda düzgün yollara aid edilir ki, bu zaman sol zolaqda getmək düzgün də deyil. Çünki biri yüksək sürətlə hərəkət edir və ya əksinə bunlar bir-birinə maneə olmamalıdır. Həmçinin bəzi operativ nəqliyyat vasitələri sol zolaqla yüksək sürətlə hərəkət edir. Onlara maneə olmamaq üçün də sağla getmək məqsədəuyğundur. Əgər yolda dağılma, nahamarlıq varsa solla gedilə bilər ki, bu da onlara inzibati məsuliyyət yaratmır”.

 

Şəhanə Quliyeva

Tarix: 3 Fevral 2026, 08:02   
Seçilən
15
pravda.az

1Mənbələr