AZ

Həbib: “Məqsədimiz Usman Nurməhəmmədovu tarixin ən yaxşı döyüşçüsü etməkdir”

ain.az xəbər verir, Idman.biz saytına əsaslanaraq.

Yüngül çəki dərəcəsində (70 kq-a qədər) hazırkı UFC çempionu Usman Nurməhəmmədovun tarixin ən böyük döyüşçüsü olmaq potensialı var.

İdman.Biz-in məlumatına görə, bunu UFC Şöhrət Zalının 37 yaşlı üzvü və yüngül çəki dərəcəsində keçmiş UFC çempionu Həbib Nurməhəmmədov öz əmisi oğlu haqqında deyib.

“Məqsədimiz Usmanı çəki dərəcələrindən asılı olmayaraq ən yaxşı döyüşçüsü və tarixin ən yaxşısı etməkdir. Bunun üçün biz məşqçi Xavyerlə və mərhum atamla birlikdə inanılmaz dərəcədə çox çalışdıq. Və biz onun tarixin ən yaxşısı ola biləcəyinə inanırdıq.

İndi biz məşqçi Xavyerlə birlikdə Usmanı yalnız altı dəfə titulunu qoruya bilən çempion deyil, həm də çəki dərəcələrindən asılı olmayaraq əla döyüşçü və tarixin ən yaxşısı etmək üçün gecə-gündüz çalışırıq. Onun böyük potensialı var” – “Bloody Elbow” Nurməhəmmədovun sözlərini sitat gətirib.

İdman.Biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
2
1
icma.az

2Mənbələr