AZ

“Bunu deməyim axmaqlıq olardı”

ain.az, Qafqazinfo portalına istinadən məlumat yayır.

“Razılığa gələ bilməsək, pis şeylər olacaq”.

“Qafqazinfo” xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Oval Ofisdə keçirilən imza mərasimində çıxış edərkən deyib.

O, İranla aparılan danışıqlara toxunaraq, mümkün razılaşmanın əldə olunmayacağı təqdirdə, bunun mənfi nəticələrinin ola biləcəyi barədə xəbərdarlıq edib.

O, ABŞ-nin “çox böyük” gəmilərinin İrana doğru hərəkət etdiyini bildirib, eyni zamanda, Tehranla diplomatik təmasların davam etdiyini vurğulayıb.

“İranla razılığa gəlmək istərdim. Hazırda onlarla danışırıq. Əgər razılığa gələ bilsək, bu, çox yaxşı olardı. Əks halda, yəqin ki, pis şeylər baş verəcək”, - deyə Tramp bildirib.

Danışıqların uğursuz olacağı təqdirdə hansı addımların atıla biləcəyi ilə bağlı suala cavab verən ABŞ prezidenti detallar açıqlamaqdan imtina edib:

“Bunu deməyim axmaqlıq olardı”.

Bununla belə, o, İranla danışıqların davam etdiyini bir daha təsdiqləyib.

Tramp çıxışında Rusiya-Ukrayna sülh danışıqlarına da toxunaraq, prosesin müsbət məcrada irəlilədiyini bildirib. ABŞ Prezidentinin sözlərinə görə, yaxın vaxtlarda müsbət nəticələr əldə oluna bilər.

“Düşünürəm ki, Ukrayna və Rusiya ilə çox yaxşı iş görürük. İlk dəfədir bunu deyirəm, amma hazırda vəziyyət yaxşıdır və tezliklə yaxşı xəbərlər ala bilərik”, - deyə Tramp qeyd edib.

O, Rusiya Prezidenti Vladimir Putindən sərt hava şəraitini əsas gətirərək, Ukraynanın bir həftə ərzində bombalanmamasını xahiş etdiyini və Putinin bu təkliflə razılaşdığını da xatırladıb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
27
qafqazinfo.az

1Mənbələr