AZ

Onlar “Sabah”ın qarşısında dayana biləcək?

Azərbaycan Kubokunda 1/4 final mərhələsi start götürəcək.

Sportinfo.az xəbər verir ki, ilk oyunlar iki günü əhatə edəcək.

Peşəkar Futbol Liqası üz-üzə gələcək cütlərin ölkə kuboku tarixindəki əvvəlki oyunlarının balansını açıqlayıb.

İlk oyunlar

4 fevral (çərşənbə)

“Sumqayıt” – “Zirə” – 2 oyun, +0=2-0, top fərqi 3-3
Hər iki görüş heç-heçə başa çatıb. Yeddi il əvvəlki yarımfinalın taleyini səfər qolları həll edib.

2018/19 1/2 final Sumqayıt – Zirə (Bakı) 0:0, 3:3

“Sabah” – “Qəbələ” – 4 oyun, +0=0-4, top fərqi 2-8
Komandaların yolları 3-cü dəfə – yenə 1/4 finalda kəsişir. Əvvəlki 4 oyunun hamısındaa “Qəbələ” qalib gəlib.

2018/19 1/4 final Qəbələ – Sabah (Bakı) 1:0, 1:0
2019/20 1/4 final Qəbələ – Sabah (Bakı) 3:0, 3:2

5 fevral (cümə axşamı)

“Şamaxı” – “Qarabağ” – 13 oyun, +2=2-9, top fərqi 7-22
“Qarabağ” son 4 oyunda qələbə qazanıb. Ağdam klubu son 9 matçda qol sevinci yaşayıb.

2004/05 1/8 final Qarabağ (Ağdam) – İnter (Bakı) 1:0, 0:2
2007/08 1/4 final Qarabağ (Ağdam) – İnter (Bakı) 2:2, 0:1
2008/09 final İnter (Bakı) – Qarabağ (Ağdam) 0:1
2015/16 1/2 final İnter (Bakı) – Qarabağ (Ağdam) 0:4, 0:1
2018/19 1/4 final Qarabağ (Ağdam) – Keşlə 1:0, 1:1
2019/20 1/4 final Qarabağ (Ağdam) – Keşlə (Bakı) 1:0, 3:1
2021/22 1/4 final Qarabağ (Ağdam) – Keşlə (Bakı) 1:0, 6:0

“Turan Tovuz” – “Kəpəz” – 2 oyun, +1=1-0, top fərqi 4-3
Hər iki qarşılaşmada tərəflərin ikisi də qol vurub. Yeganə qələbə Tovuz təmsilçisinin hesabındadır.

2022/23 1/4 final Kəpəz (Gəncə) – Turan Tovuz 1:2, 2:2
Seçilən
27
sportinfo.az

1Mənbələr