ABŞ və müttəfiqlərinin İrana bütün təhdidlərinə baxmayaraq, Tehranda Rusiya-İran hökumətlərarası komissiyasının iclasına hazırlıq görülür.
"Far.Az" Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə Rusiyanın Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
"Hazırda ABŞ-nin, İsrailin və Qərb ölkələrinin Tehrana davam edən təhdid və şantajına baxmayaraq, ikitərəfli ticarət-iqtisadi əməkdaşlıq üzrə birgə komissiyamızın növbəti iclasının İranın paytaxtında keçirilməsinə intensiv hazırlıq gedir", - məlumatda qeyd edilib.
Qurum vurğulayıb ki, İran ərazisinə yeni hərbi zərbələr endirmək təhdidləri qəbuledilməzdir.
"2025-ci ilin iyun ayında İrana təcavüzün təkrarı üçün iğtişaşlardan bəhanə kimi istifadə imkanını nəzərdən keçirənlər bu cür addımların Yaxın və Orta Şərqdə, həmçinin qlobal beynəlxalq təhlükəsizlik üçün mənfi nəticələrini dərk etməlidirlər", - Rusiya XİN-in məlumatında deyilir.