AZ

Pişiklər mənzildə yanğın törətdilər

ain.az bildirir, 525.az saytına əsaslanaraq.

Moskva vilayətində 2 pişik məskunlaşdıqları mənzildə yanğına səbəb olublar.

525.az Rusiya mətbuatına istinadən xəbər verir ki, hadisə "Odintsovo-1" yaşayış kompleksində baş verib.

Evdə baxımsız qalan pişiklərdən biri qaz plitəsinin üzərinə tullanıb və qızdırıcının düyməsi basılıb. Bir qədər sonra plitənin üstündəki tərəvəzlər odlanıb və alov mətbəxin digər hissələrinə keçib. Mənzildən tüstü çıxdığını görən qonşuların yanğınsöndürənlərə, polisə və təcili tibbi yardıma məlumat veriblər. Qısa zamanda alov söndürülüb, pişiklərdən heç biri xəsarət almayıb. Mənzilin sahibi yanğından dəyən zərəri nəzərə almasaq, əlaqədar qurumların əməkdaşlarının şifahi xəbərdarlığı ilə canını qurtarıb.

Qeyd edək ki, bənzər hadisə ötən ay ABŞ-də, Texas ştatında da baş vermişdi. Pişiyin elektrik plitəsini qoşması mənzildə yanğına səbəb olmuşdu.

L.Tağıyeva

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
25
525.az

1Mənbələr