AZ

Fridrix Mers: Avropa iqtisadiyyat və müdafiədə müstəqil olmalıdır

Fridrix Mers: Avropa iqtisadiyyat və müdafiədə müstəqil olmalıdır

Almaniya Kansleri Fridrix Mers qlobal çağırışlar və sarsıntılar fonunda Avropanın iqtisadiyyat, müdafiə və texnologiya sahələrində daha müstəqil hərəkət etməsinin vacibliyindən danışıb.

AFN.az DPA-ya istinadən xəbər verir ki, kansler hazırkı dövrü böyük siyasi qeyri-müəyyənlik və ciddi dönüş nöqtəsi kimi qiymətləndirib.

Mers dünyada güc siyasəti yürüdən və bəzən qaydaları pozan dövlətlərin peydah olduğunu diqqətə çatdırıb. O vurğulayıb ki, əgər avropalılar birgə və qətiyyətli fəaliyyət göstərsələr, dünyanı dəyişmək və özlərindən gözlədiklərindən daha çoxuna nail olmaq gücündə dirlər. Kanslerin fikrincə, Avropa özünü müstəqil şəkildə müdafiə etməyə qadir olmalı, biznes üçün rəqabətədavamlı mühit yaratmalı və texnoloji asılılığa son qoymalıdır.

Transatlantik münasibətlərin dəyişməsindən təəssüf hissi keçirdiyini bildirən Mers qeyd edib ki, keçmişin nostaljisi ilə yaşamaq faydasızdır: "Biz qlobal transformasiya mərhələsində öz rolumuzu oynamaq istəyiriksə, taleyimizi öz əlimizə almalıyıq".

Bu məqsədlə kansler Aİ-nin vahid kapital bazarının yaradılmasını təklif edib. O hesab edir ki, maneələrin aradan qaldırılması perspektivli gənc şirkətlərin ABŞ birjalarına deyil, məhz Avropa və Almaniya bazarlarına çıxışını təmin edəcək.

Seçilən
32
afn.az

1Mənbələr