AZ

“Milli maraqlara sadiq Azərbaycan gəncliyi” adlı tədbir keçirilib

“EMEDIA GROUP” Media təşkilatının Gənclər Siyasəti və İnnovativ İnkişaf Sektorunun təşkilatçılığı ilə 2 Fevral - Azərbaycan Gəncləri Günü münasibətilə “Milli maraqlara sadiq Azərbaycan gəncliyi” adlı tədbir keçirilib.

QHT.az xəbər verir ki, tədbir çərçivəsində ictimai fəallığı, təşəbbüskarlığı və milli maraqlara sadiqliyi ilə seçilən ümumilikdə 11 nəfər gənc fəxri diplom ilə təltif olunub.

Təltif olunanlar arasında UNEC-in Rəqəmsal İqtisadiyyat fakültəsinin IV kurs tələbəsi Əsgərova Fatimə və Rus İqtisad Məktəbinin II kurs tələbəsi Novruzova Zümrüd də yer alıb.

Gənclərimizi təbrik edir, gələcək fəaliyyətlərində uğurlar və yeni nailiyyətlər arzulayırıq.

Seçilən
33
qht.az

1Mənbələr