AZ

Komandası səfərdə, özü ticarət mərkəzində

“Fənərbaxça”nın yollarını ayırmağa hazırlaşdığı kolumbiyalı hücumçu Con Duranın Kadıköydəki ticarət mərkəzində görünməsi onun transfer məsələsini yenidən gündəmə gətirib.

Ölkə.az xəbər verir ki, bu gün transfer pəncərəsinin bağlanmasına saatlar qalmış 22 yaşlı forvardın oyunda iştirak etməməsi onun komandadakı gələcəyi ilə bağlı sualları artırıb.

Qeyd edək ki, “Fənərbaxça” hazırda səfərdə “Kocaelispor”la qarşılaşır. Duran isə ayağındakı ağrılar səbəbindən heyətdə yer almayıb.(qafqazinfo)

Seçilən
22
2
olke.az

3Mənbələr