AZ

“Hindistan Rusiyadan neft almayacaq“ - Tramp

ABŞ Prezidenti Donald Tramp və Hindistan Baş naziri Narendra Modi səhər telefon danışığında ikitərəfli əməkdaşlıq məsələləri ilə yanaşı, Rusiya-Ukrayna müharibəsini də müzakirə ediblər.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Tramp "Truth Social" sosial şəbəkəsində yazıb.

Tramp bildirib ki, onlar bir çox məsələlər barəsində danışıblar: "O cümlədən ticarət və Rusiya-Ukrayna müharibəsinin dayandırılması haqqında. Modi Rusiya neftini almamağa və ABŞ-dən eləcə də potensial olaraq Venesueladan daha çox neft almağa razılaşıb. Bu, elə indi də baş verən, minlərlə insanın öldüyü Ukraynadakı müharibəni dayandırmağa kömək edəcək!".


Telegram kanalımız
Seçilən
19
5
yenisabah.az

6Mənbələr