“Qanunsuz qumar oynamağa təhrik etmək”də ittiham olunan Türkiyənin sosial şəbəkə fenomeni Kerimcan Durmazın məhkəməsində qərar çıxarılıb.
Bu haqda “Hürriyet” məlumat yayıb.
Məhkəmənin hökmü ilə Kerimcan Durmaz 1 il 8 ay müddətinə azadlıqdan məhrum edilib.
Həmçinin ona qarşı “xaricə səyahət qadağası” ilə bağlı məhkəmə nəzarəti tədbirinin qüvvədə qalmasına qərar verilib.
"Cebheinfo.az"