Fransız hücumçunun 37-ci qolu Kriştiano Ronaldonun bütün zamanların rekordunu təhlükə altına qoyur.
"Real"ın ulduz hücumçusu Kilian Mbappe mövsümdə 12-ci penaltisini dəqiq yerinə yetirib.
Azreform.info xəbər verir ki, La Liqanın ötən turunda “Kral klubu” "Rayo Valyekano" ilə oynayıb və hücumçu ikinci hissənin əlavə vaxtının 10-cu dəqiqəsində penalti zərbəsini qola çevirib.
Beləliklə, fransız futbolçu 2014/15 mövsümündə penaltidən 13 qol vuran Kriştiano Ronaldodan sonra La Liqa oyunçuları arasında ən yaxşı penalti seriyası rekordunu qırıb.
Bu qol Kilianın 2025/26 mövsümündə "Real" üçün vurduğu 37-ci qol olub. Mbappenin bu mövsüm bütün yarışlarda 30 oyunda 41 qolu (37 qol, 4 məhsuldar ötürmə) var.
Bundan əvvəl Mbappe karyerasında ən çox qol vuraraq 415-ə çatan əfsanəvi Ronaldonu rəsmi olaraq geridə qoyub.(lent.az)