AZ

ABŞ Hindistan məhsullarına tətbiq etdiyi rüsumları azaltdı

ABŞ Hindistan məhsullarına tətbiq etdiyi rüsumları azaltdı

Hindistanın Baş naziri Narendra Modi ölkəsi üçün tətbiq edilən gömrük rüsumlarının 18%-ə endirilməsi qərarına görə ABŞ Prezidenti Donald Trampa təşəkkür edib.

AFN.az xəbər verir ki, Modi bu barədə özünün "X" sosial şəbəkə hesabında paylaşım edib.

"Əziz dostum, Prezident Trampla danışmaqdan şad oldum. Hindistanda istehsal olunan məhsullara 18%-lik endirilmiş rüsum dərəcəsinin tətbiq edilməsindən böyük məmnunluq duyuram. 1,4 milyard Hindistan sakini adından Prezident Trampa bu möhtəşəm elana görə dərin minnətdarlığımı bildirirəm", - deyə Modi qeyd edib.

Baş nazir vurğulayıb ki, dünyanın iki böyük iqtisadiyyatı və demokratiyası birlikdə çalışdıqda, bu, xalqların rifahına xidmət edir və qarşılıqlı əməkdaşlıq üçün geniş imkanlar açır. Hindistan lideri həmçinin Donald Trampın qlobal sülh və sabitlik naminə səylərini tam dəstəklədiyini və ikitərəfli tərəfdaşlığı görünməmiş səviyyəyə çatdırmaq üçün sıx əməkdaşlığa hazır olduğunu bildirib.

Seçilən
28
afn.az

1Mənbələr