AZ

Kirayə verilən evləri dağıntıdan qorumaq üçün nə etmək lazımdır?VİDEO

Kirayə qaldıqları evin qapısını qırdılar... Digər şəxslər isə evi yararsız hala saldılar...

Xezerxeber.az xəbər verir ki, son zamanlar evlərini kirayə verən şəxslərin başına tez-tez belə hadisələr gəlir. Ya evə maddi ziyan vururlar, ya da mənzili zibiliyyə çevirirlər.

Bəs bu vaxt məsuliyyəti kim daşıyır?

Əmlak məsələləri üzrə ekspertlər deyir ki, ev birgünlük verilsə belə həmin şəxslər arasında müqavilə imzalanmalıdır.

Elnur Fərzəliyev bildirir ki, evin sahibinə ziyan dəyərsə, buna görə müraciət edən şəxs bilməlidir ki özü də vergidən yayınmağa görə məsuliyyətə cəlb edilə bilər. Yəni həmin şəxsin özünə də cərimə tətbiq oluna bilər.

Ekpert qeyd etdi ki, kirayə verilən evlər həm də mütləq suğortlanmalıdır. Çünki, yanğın və yaxud digər fövqəladə hallar əsasən kirayə evlərdə baş verir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Seçilən
23
xezerxeber.az

1Mənbələr