AZ

Millimizin Özbəkistanla oyunlar üçün heyəti

19 yaşadək qadın futbolçulardan ibarət millimizin Özbəkistanla yoldaşlıq görüşləri üçün heyəti açıqlanıb.

"Football-plus.az" xəbər verir ki, təlim-məşq toplanışı məqsədi ilə bu gün Özbəkistana yola düşəcək yığmamız Daşkənddə sözügedən ölkənin müvafiq yaş qruplarından ibaət millisi ilə 2 dəfə (4 və 7 fevral, hər ikisi saat 14:00) qarşılaşacaq.

Komandamızın hazırlıq prosesi üçün heyəti isə aşağıdakı kimidi:Nərgiz Ağaliyeva, Bədriyyə Mavludova, Arzu Cəfərova, Yelizaveta Vaysman, Arzu Ağaliyeva, Mədinə Qədiməliyeva (hamısı "Şəfa"), Firuzə Bayramova, Vahidə Əlipaşayeva (ikisi də "Dirçəliş"), Məsumə Nəzərli, Mədinə Curuqova, Ayşən Salamzadə, Xanım Əsədova (hamısı "Neftçi"), Aygün Novruzova, Səma Əsədova (ikisi də "Sabah"), Pərişan Abdullayeva, Aysel Cumayeva (ikisi də "Liman"), Ülviyyə İslamova (Baku Juniors).

Seçilən
14
3
football-plus.az

4Mənbələr