AZ

"Yuventus" italiyalı müdafiəçini icarəyə verdi

"Yuventus"un müdafiəçisi Daniele Ruqani A Seriyasında klubunu dəyişib.

Sportal.az xəbər verir ki, "Fiorentina" italiyalı futbolçunu icarəyə götürüb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Ruqani mövsümün sonuna qədər "bənövşəyilər"in formasını geyinəcək. "Fiorentina" A Seriyasında qalsa, 31 yaşlı mərkəz müdafiəçisinin transfer hüquqlarına yiyələnəcək.

Qeyd edək ki, "Yuventus" Daniele Ruqanini 2013-cü ilin yayında "Empoli"dən transfer edib. Təcrübəli oyunçu bu mövsüm Turin təmsilçisinin heyətində 8 rəsmi matçda meydana çıxıb.

saytlarin hazirlanmasi

Seçilən
16
1
sportal.az

2Mənbələr