AZ

Ter Ştegen 2 ay oynaya bilməyəcək

Alman qapıçı Mark-Andre ter Ştegen ciddi zədələnib.

90deqiqe.Az xəbər verir ki,   hazırda icarə əsasında “Jirona”da çıxış edən ter Ştegenin ayağında əzələ tendonunun yırtığı aşkar olunub. Bərpa müddəti təxminən 2 ay davam edə bilər və oyunçunun əməliyyat olunması ehtimalı da var.

Mövcud vəziyyətə görə, ter Ştegenin “Barselona”nın düşərgəsinə erkən qayıtması da mümkündür.

33 yaşlı qolkiper “Jirona” üçün cəmi 2 oyunda iştirak edib və 2 qol buraxıb. Ter Ştegen mövsümün əvvəlində bel zədəsi səbəbindən bir neçə ay meydanda yer ala bilməmişdi.

Seçilən
20
90deqiqe.az

1Mənbələr