Bakı. Trend:
Azərbaycanın gəncləri bu günün fəal vətəndaşları olmaqla yanaşı,ölkəmizin parlaq gələcəyinin qurucularıdır. Gənclərin bilik vəbacarıqlarının artırılması, milli-mənəvi dəyərlərə bağlılığınınmöhkəmləndirilməsi, eləcə də beynəlxalq əlaqələrinin inkişafetdirilməsi dövlətimizin dayanıqlı inkişaf strategiyasınınprioritet istiqamətlərindəndir.
Bu barədə Trend-ə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumatverilib.
Bildirilir ki, Azərbaycan Respublikasının Diasporla İş üzrəDövlət Komitəsi xaricdə yaşayan azərbaycanlı gənclərin iştirakı iləardıcıl və genişmiqyaslı layihələr həyata keçirir. 2022-ci ildəŞuşa şəhərində keçirilən Dünya Azərbaycanlılarının V QurultayındaAzərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandanİlham Əliyevin xaricdə yaşayan azərbaycanlılara, xüsusilə gənclərətarixi Vətənlə əlaqələrini daim qoruyub saxlamaq, mütəmadi olaraqAzərbaycana səfər etmək, ana dilini unutmamaq, Azərbaycan tarixinivə mədəniyyətini dərindən öyrənmək barədə verdiyi tövsiyələrDiasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyətində əsas istiqamətkimi müəyyən edilib.
Gənclərə yönəlik layihələr çərçivəsində ölkəmizin müxtəlifşəhərlərində, xüsusilə işğaldan azad olunan ərazilərdə təşkiledilən Diaspor Gənclərinin Yay Düşərgələri hər il dünyanın 60-dançox ölkəsindən yüzlərlə gənci bir araya gətirir. Diasporla İş üzrəDövlət Komitəsinin və Heydər Əliyev Fondunun birlikdə təşkil etdiyidüşərgələr xaricdəki azərbaycanlı gənclərin və ölkəmizi sevənxalqların nümayəndələrinin Azərbaycan haqqında bilik vətəcrübələrini artırır, onların intellektual və innovativpotensialının reallaşmasını, şəbəkələşmə imkanlarınıngenişlənməsini stimullaşdırır.
Komitənin “Diaspor Gəncləri 1+1”, “E-akademiya”, “AzərbaycanKönüllüləri” “Diaspor Gənclərinin Qış Düşərgələri” və digərlayihələri xaricdə yaşayan azərbaycanlı gənclərin bilik vəbacarıqlarını artırmaqla yanaşı, onların ölkəmizə bağlılıq hissinigücləndirir, milli-mənəvi dəyərlərə sədaqətini möhkəmləndirir.Azərbaycanı beynəlxalq müstəvidə layiqincə təmsil etmələrinə təkanverir.
“Diaspor Gəncləri 1+1” layihəsi iştirakçılara diaspor siyasəti,Azərbaycan tarixi və azad olunan ərazilərdə aparılanbərpa‑yenidənqurma prosesləri haqqında ətraflı məlumat verir,onların milli kimlik və mənəviyyat baxımından daha dazənginləşməsinə şərait yaradır.
“Liderliyin İnkişafı” diaspor liderlərinin formalaşdırılmasınıvə beynəlxalq əməkdaşlığın genişləndirilməsini hədəfləyir.
“Azərbaycan Diaspor Könüllüləri” layihəsi diaspor sahəsindədövlət siyasətinə ictimai dəstəyin təşkili, yerli və beynəlxalqtədbirlərdə iştirakın təmin edilməsi və maarifləndirici aksiyalarınhəyata keçirilməsi ilə xaricdə yaşayan gənclərin aktivliyini dahada artırır.
Bununla yanaşı, diaspor gənclərinin fikir və təcrübəmübadiləsinin genişləndirilməsi, aktual çağırışlar ətrafında biraraya gətirilməsi və ortaq fəaliyyət istiqamətlərininmüəyyənləşdirilməsi məqsədilə dünyanın müxtəlif ölkələrindəforumlar təşkil olunur. Bu forumlar xaricdə yaşayan azərbaycanlıgənclərin bir araya gələrək diaspor fəaliyyətinin aktualməsələlərini müzakirə etmələrinə, qarşılıqlı təcrübə mübadiləsiaparmalarına və birgə təşəbbüslər formalaşdırmalarına geniş imkanyaradır. Nəticələrin təhlili göstərir ki, forumlar gənclərindiaspor fəaliyyətində daha fəal iştirakını təşviq edir. Onlarınqlobal miqyasda şəbəkələşməsi, milli maraqlarımızın müdafiəsiistiqamətində koordinasiyalı fəaliyyət göstərməsi və Azərbaycanınsəsinin beynəlxalq platformalarda daha güclü şəkildə eşidilməsiişinə mühüm töhfə verir. Bu gün dünyanın müxtəlif ölkələrindəfəaliyyət göstərən bir sıra Azərbaycan evlərinə və həftəsonuməktəblərinə məhz gənclər rəhbərlik edir.
Xaricdə yaşayan hər bir gənc soydaşımızın diaspor sahəsindəkiaktiv fəaliyyəti həmişə dövlətin diqqət mərkəzindədir və yüksəkqiymətləndirilir. Diasporla İş üzrə Dövlət Komitəsinin həyatakeçirdiyi genişmiqyaslı layihələrdə fəal iştirak edən bir çoxgənclərimiz “Diaspor fəaliyyətində xidmətə görə” medalı ilə təltifolunub. Bu təltiflər onların təşəbbüskarlığını yüksəkqiymətləndirməklə yanaşı, gənclərə göstərilən diqqət və qayğınınardıcıl dövlət siyasətinin əsas tərkib hissəsi olduğunu açıqşəkildə nümayiş etdirir.
Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə hər il 2 Fevral– Gənclər Günü münasibətilə dünyanın müxtəlif ölkələrində keçiriləntədbirlər gənclərin maraqlarının mərkəzləşməsinə və ahəngdarinkişafına, beynəlxalq əməkdaşlığın və həmrəyliyin möhkəmlənməsinəxidmət edir.