AZ

“Yuventus” və “Bolonya” arasında futbolçu mübadiləsi

İtaliyanın “Yuventus” və “Bolonya” klubları müdafiəçilər arasında mübadilə həyata keçiriblər.

90deqiqe.Az-ın məlumata görə, razılaşmaya əsasən, 25 yaşlı sağ cinah müdafiəçisi Emil Holm “Yuventus”a keçib. “Bolonya” isə onunla yaşıd sayılan, 26 yaşlı müdafiəçi Joau Mariunu heyətinə cəlb edib. Hər iki futbolçu eyni mövqedə – sağ cinahda çıxış edir.

Oyunçular cari mövsümün sonunadək icarə əsasında yeni klublarında çıxış edəcəklər. Müqaviləyə görə, “Yuventus” İsveç millisinin üzvünü mövsümün sonunda birdəfəlik transfer etmək hüququna malikdir. “Bolonya”nın isə portuqaliyalı üçün satınalma opsiyası yoxdur.

Qeyd edək ki, “Yuventus” hazırda A Seriyasının turnir cədvəlində 45 xalla dördüncü pillədə qərarlaşıb. “Bolonya” isə 30 xalla doqquzuncu yerdədir.

 

Seçilən
22
90deqiqe.az

1Mənbələr