AZ

ABŞ və İran nümayəndə heyətləri fevralın 6-da İstanbulda görüşəcəklər

BAKI, 2 fevral. TELEQRAF

ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkof və İranın xarici işlər naziri Abbas Araqçi fevralın 6-sə İstanbulda mümkün nüvə sazişi məsələsini müzakirə etmək üçün görüşəcəklər.

Teleqraf xəbər verir ki, bu barədə “Axios” agentliyi mənbələrə istinadən məlumat yayıb.

Mənbələrdən biri görüşü “ən yaxşı ssenari” adlandırsa da, hələlik yekun razılaşmaların olmadığını bildirib.

Qeyd edək ki, görüşdən bir gün əvvəl prezident Donald Tramp İranla saziş bağlama ümidini ifadə edərək bölgədə Amerikanın əhəmiyyətli hərbi mövcudluğunu qeyd etmişdi.

Seçilən
24
50
teleqraf.com

10Mənbələr