AZ

Ənvər Əl-Ənuni: İrana qarşı hərbi eskalasiya regionu sarsıdacaq

İrana qarşı fəaliyyət və hərbi eskalasiya bütün Yaxın Şərq regionu üçün çox ciddi nəticələrə səbəb ola bilər, buna görə də Aİ istənilən hərbi əməliyyatlara qəti şəkildə qarşıdır.

Bunu "Far.Az"un Avropa bürosuna Aİ-nin xarici işlər xidmətinin rəsmi nümayəndəsi Ənvər əl-Ənuni bildirib.

"Regionun hazırda ən çox sabitliyə ehtiyacı var. Məhz buna görə diplomatiyaya şans verilməlidir", - o bəyan edib.

Aİ İranla diplomatik əlaqə kanallarını açıq saxlayır.

"Avropa İttifaqı Yaxın Şərqdə sülh, sabitlik və təhlükəsizliyə həmişəki kimi qəti şəkildə sadiqdir. Biz bütün tərəfləri beynəlxalq hüquqa riayət etməyə, təmkinli olmağa və Yaxın Şərqdə yeni eskalasiyaya səbəb ola biləcək addımlardan çəkinməyə çağırırıq", - o, Aİ ölkələrinin hərbi attaşelərinin İrandan çıxarılması mümkünlüyü və Avropa diplomatlarının İran Xarici İşlər Nazirliyinə çağırılması ilə bağlı suala cavab olaraq deyib.

Ənvər Əl-Ənuni vurğulayıb ki, diplomatların çağırılması diplomatik təcrübənin bir hissəsi kimi Vyana Konvensiyası ilə nəzərdə tutulub. Aİ ordularının terror təşkilatları siyahısına salınmasına gəlincə, Avropa İttifaqı bunu, eləcə də terrorla bağlı ittihamları tamamilə rədd edir.

Seçilən
31
far.az

1Mənbələr