Ucar, 2 fevral, Rəşad Türkoğlu, AZƏRTAC
Ucarda ev yanıb. Hadisə axşam saatlarında şəhər ərazisindəki fərdi yaşayış evində baş verib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, vətəndaşa məxsus 5 otaqdan ibarət bir mərtəbəli yaşayış evində başlayan yanğın qısa müddətdə şiddətlənərək evi bütöv əhatə edib. Hadisədən sonra əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin Ucar bölməsinin əməkdaşları cəlb edilib, alovun yaxınlıqda olan evlərə keçməsinin qarşısı alınıb, yanğın söndürülüb.
Yanğın zamanı evdə olan məişət avadanlıqları və digər əşyalar, yanar konstruksiyalar yararsız hala düşüb.
Yanğının hansı səbəbdən baş verdiyi araşdırılır.