AZ

ABŞ-də "Ford F-150" ilə bağlı təhlükəsizlik araşdırması başlayıb

Bakı. Trend:

ABŞ-də 1,27 milyon "Ford F-150" ilə bağlı təhlükəsizlikaraşdırması genişləndirilib.

Trend xariciKİV-ə istinadən xəbər verir ki, bu barədə ABŞ-nin Milli YolHərəkəti Təhlükəsizliyi Administrasiyası (NHTSA) məlumat yayıb.

Məlumata görə, NHTSA 1,27 milyon "Ford F-150" pikapı ilə bağlıtəhlükəsizlik araşdırmasını genişləndirib. Buna səbəb bəziavtomobillərdə arxa təkərlərin kilidlənməsi və nəqliyyatvasitəsinin gözlənilməz şəkildə qəfil yavaşlaması ilə bağlışikayətlərdir.

Araşdırma 2015–2017-ci il modellərini əhatə edir. Sürücülərxəbərdarlıq olmadan avtomobilin aşağı sürətə keçdiyini, bunun isəqəza riskini artırdığını bildiriblər.

Ford problemin əvvəlki geri çağırışlardan fərqli olduğunu vəyeni hallarda istilik və vibrasiya səbəbindən elektrikbirləşmələrində aşınma nəticəsində sensor siqnalının itə biləcəyiniaçıqlayıb.

NHTSA məsələ ilə bağlı əlavə texniki sınaqlara başladığınıbildirib.

Seçilən
33
1
az.trend.az

2Mənbələr