AZ

Rusiya-Ukrayna danışıqlarının növbəti raundunun tarixi və yeri məlum oldu

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərlə görüşündə Ukrayna münaqişəsinin həlli ilə bağlı danışıqların növbəti mərhələsinin 4-5 fevral tarixlərində Əbu-Dabidə keçiriləcəyini açıqlayıb.

Danışıqların 1 fevralda keçiriləcəyi barədə əvvəllər məlumat verilmişdi, lakin Kremlin sözçüsü görüşün tərəflərin iş qrafiki ilə ziddiyyət təşkil etdiyinə görə təxirə salındığını aydınlaşdırmışdı. Görüş Əbu-Dabidə keçiriləcək.”, – Dmitri Peskov bildirib.

Xatırladaq ki, Rusiya-ABŞ-Ukrayna danışıqlarının birinci mərhələsi 23-24 yanvar tarixlərində Əbu-Dabidə qapalı qapılar arxasında baş tutub. Tərəflər nəticələrini konstruktiv adlandırıblar.

//Samir Qurbanov, Editor.az

Seçilən
13
editor.az

1Mənbələr