Olaylar.az xəbər verir ki, "Qafqazinfo" məsələ ilə bağlı Süleyman Mikayılovun özü ilə əlaqə saxlayıb.
S.Mikayılov əməkdaşımızla söhbətində iddiaları təkzib edərək "Kim, mən? Heç yerdə dindirilib eləməmişəm. Yalan məlumatdır. Nə prokurorluğa çağırılmışam, nə haradasa ifadə vermişəm",- deyib.
Qeyd edək ki, bir müddət əvvəl prokurorluq Qaradağ Rayon İcra Hakimiyyətində əməliyyat keçirib. Əməliyyat nəticəsində icra başçısının yaxın kadrlarından biri-müavini Nadir Muradov və digər vəzifəli şəxslər həbs edilib. Onlar külli miqdarda rüşvət almaqda ittiham olunurlar.
Son məlumatlara görə Süleyman Mikayılovun vəzifədən azad edilməsində də həmin əməliyyat mühüm rol oynayıb. İddia olunur ki, həbs edilən məmurlar ifadələrində qanun pozuntuları ilə bağlı icra başçısının adını çəkiblər.