AZ

"Əl-Nəsr" bu gün Ronaldosuz meydana çıxacaq

style='margin-bottom:10px;'>

Səudiyyə Ərəbistanı Pro Liqasının 20-ci turunda bu gün "Əl-Riyad"la qarşılaşacaq "Əl-Nəsr"in heyətində gözlənilməz hadisə baş verib.

QOL.az xəbər verir ki, komandanın kapitanı Kriştiano Ronaldo bu gün baş tutacaq matçın iştirak ərizəsinə daxil edilməyib.

Klubun mətbuat xidmətinin yaydığı siyahıda portuqaliyalı ulduzun adı əsas və ya ehtiyat oyunçular arasında yer almayıb. Halbuki Ronaldo 2025/2026 mövsümündə çempionatın geridə qalan 19 oyununun hamısında start heyətdə meydana çıxıb.

Qeyd edək ki, daha öncə futbolçunun klub rəhbərliyindən narazı olduğu və matçlarda iştirak etməkdən imtina etdiyi xəbərləri yayılmışdı. Bununla yanaşı, məlumata görə, portuqaliyalı futbolçunun sabiq komanda yoldaşı Kərim Benzemanın da "Əl-Nəsr"ə mümkün transferinə qarşı çıxıb.

Seçilən
15
2
teleqraf.com

3Mənbələr