AZ

Elmar Baxşıyev: “Yəqin, “Araz Naxçıvan” çempionluğa oynayır”

ain.az, Idman.biz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Hələlik bir yenilik, təklif yoxdur. Çempionat oyunlarını izləyirəm”.

Bu sözləri “Araz-Naxçıvan”ın sabiq baş məşqçisi Elmar Baxşıyev deyib.

Ötən ilin dekabrında tutarlı səbəb göstərilmədən Emar Baxşıyevi istefaya göndərən “Araz-Naxçıvan” onu ukraynalı Andrey Demçenko ilə əvəzlədi. Komanda onun gəlişindən sonra 2 oyuna cəmi 1 xal qazanıb. Ötən gün isə “qırmızı ağlar” “Neftçi”yə 4 cavabsız qolla uduzdu.

Hazırkı komandanı özünün formalaşdırdığını deyən Elmar Baxşıyev “Araz-Naxçıvan”ın uğursuzluqlarını şərh etmək istəmədiyini deyib:

“Araz-Naxçıvan” haqda danışmasam, daha yaxşı olar. O kollektivi mən formalaşdırmışam. Komanda ilə bağlı nəsə mənfi fikirlər səsləndirmək istəmirəm. Klubdan getmək qərarını da mən verməmişəm. Ona görə də indi yaranan suallara mən də cavab tapa bilmirəm.

Yeni məşqçiləri var. Güvəndikləri məşqçidir. Yəqin ki, bilir nə istədiklərini. Oyunlarında elə bir dəyişiklik görmürəm. Çünki həmin oyunçulardır. Dəyişikliyi rəhbərlik özü görməlidir. Xal itirmək o qədər də problem deyil. Məşqçiyə inam olmalıdır”, - deyə o, qol.az-a açıqlamasında bildirib.

E.Baxşıyev qeyd edib ki, onun komandadan göndərilməsi klubun daha böyük hədəflərinin olması ilə bağlıdır. Bəs, “Araz-Naxçıvan”da böyük hədəflər üçün işlər görülürmü? Baxşıyev suala belə cavab verib:

“Hər klubun öz strategiyası var. Hansı ki, ona uyğun qərarlar verilir. Mən 1.5 il “Araz-Naxçıvan”da oldum. Bu müddətdə müəyyən bir iş ortaya qoyduq. Xırda da olsa komanda uğur qazandı. Bəlkə, klubun iddiası daha da üstündür. Hansı ki, məni o iddiada görmürlər. Bəlkə də klub çempionluq uğrunda mübarizə aparır. Ona görə də belə qərar veriblər. Məşqçi işi elədir ki, güvən olmalıdır. Hərtərəfli inanıb ortaya bir iş qoymaq mümkündür.

Qarşıya çempionluq iddiası qoymaq olar. Bu, normaldır, istək, iddia ola bilər. Amma hər şey istəklə olmur. Çempionluq çox böyük işin qarşılığında olur. “Çempion olacam” demək asandır. Amma buna həm komanda, həm də klub olaraq hazır olmalısan”.

E.Baxşıyev klub idarəçiliyində “Qarabağ” nümunəsini misal göstərib: “Hər şey pillə-pillə olmalıdır. Bunun bariz nümunəsi də “Qarabağ”dır. Komandanın enişli vaxtları da olub, amma klub olaraq həmişə bir olublar, baş məşqçiyə dəstək göstəriblər. Bu gün də onun bəhrəsini görürlər”.

İdman.Biz

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
0
4
icma.az

5Mənbələr