AZ

Adil Kərimli: “Danışan cəzasını çəkəcək” – Qapalı toplantıdan sərt xəbərdarlıq

Adil Kərimli: “Danışan cəzasını çəkəcək” – Qapalı toplantıdan sərt xəbərdarlıq

Bir müddət öncə tənqid hədəfinə çevrilən Mədəniyyət Nazirliyində sular durulmur. Belə ki, kənar müdaxilənin də şübhə doğurmadığı, klanların savaşına çevrilən prosesi sonlandırmaq üçün nazir Adil Kərimli maraqlı addım atıb. Yeni ilin ilk qapalı toplantısında nazir sərt çıxışı ilə diqqət çəkib və çox açıq mesajlar verib.

Qapalı toplantıda nazir bildirib ki, bundan sonra heç kimə heç bir güzəşt olmayacaq: “Nazirliyin əleyhinə danışmaq, daxili məsələləri kənara çıxarmaq istəyənlər seçim etməlidir: ya işləmək, ya da istefa vermək”. Onun sözlərinə görə, bu məsələdə yumşalma olmayacaq və hər kəs məsuliyyətini bilməlidir. Nazir xüsusilə vurğulayıb ki, kim nazirlik haqqında açıq tənqidi mövqe sərgiləyərsə, bunun nəticəsinə qatlanacaq. “Danışan cəzasını çəkəcək” mesajı toplantının əsas xəttini təşkil edib.

Çıxışda sənət cameəsinə də xüsusi toxunulub. Aktyor, müğənni və digər sənət adamlarının tanınmış olmasının onlara üstünlük verməyəcəyi açıq şəkildə deyilib. Nazir çıxış yolu kimi sərt intizam və cəza mexanizmini gördüyünü bildirib. Onun fikrincə, sahədə nizam yaratmağın başqa yolu yoxdur və heç bir sənətçiyə güzəşt edilməyəcək.

Ancaq öz tabeliyində olanlara barmaq silkələyən nazirin sırf bir şəxsi vəzifəsindən uzaqlaşdırmaq üçün Mədəniyyət Nazirliyində o şəxsin tutduğu ştatı ləğv etdirməsi Adil Kərimlinin yetərincə güclü olmadığı iddialarını gündəmə gətirib. Ekspertlərin iddiasına görə, nazir gücü çatmadığı üçün hər dəfə ştat ləğv edəcəksə, nazirlikdə ştat qalmayacaq və işsizlər ordusuna çevrilən sənətçilər isə başqa bir problemin xəbərçisi olacaqlar.

Seçilən
20
1
afn.az

2Mənbələr