AZ

“Qara siyahı”da Əhmədinejadın da adı var?

Sosial şəbəkələrdə Cefri Epsteyn və Mahmud Əhmədinejad arasında görüş barədə iddia irəli sürülüb.

"Yeni Sabah" xəbər verir ki, adı qalmaqalda hallanan iş adamının, özünü anti-İsrail, antisionist tərəfdarı kimi tanıtmaqla, Nyu-Yorkda İranın sabiq prezidenti görüşməyə cəhd etdiyi bildirilir.

Buna dair e-poçt fotolarının hələlik həqiqi, ya saxta olduğu məlum deyil.

İranlı siyasətçi Hüsaməddin Aşena bununla bağlı tvitində yazıb: "Cənab Hüseyn Şəriətmədarinin cənab Məhəmməd Xatəminin Corc Sorosla görüşü ilə bağlı min dəfə təkzib edilmiş və heç vaxt sübut olunmamış iddiası ilə cənab Əhmədinejadın Epsteynlə görüşünün yazılı sənədi arasında böyük fərq var, lakin bu sənəd hələ təkzib edilməyib.

Mən onlardan bu görüşü rəsmi olaraq təkzib etmələrini səmimi qəlbdən xahiş edirəm".


Telegram kanalımız
Seçilən
11
yenisabah.az

1Mənbələr