AZ

Ermənistan məktəblərində zorakılıq halları artıb

Azertag saytından verilən məlumata görə, ain.az xəbər verir.

Tbilisi, 2 fevral, AZƏRTAC

Ermənistan məktəblərində zorakılıq halları artıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Ermənistan Təhsil Müfəttişliyinin rəhbəri Vaqarşak Matikyan bildirib.

Müfəttişliyin rəhbəri dəqiq rəqəm açıqlamasa da, deyib ki, 2025-ci və 2024-cü illərdə oxşar hadisələr olub. Lakin əvvəlki illərlə müqayisədə bu ilin ilk ayında məktəblərdəki zorakılıq halları xeyli artıb.

Onun sözlərinə görə, araşdırmalar göstərir ki, təhsil sistemi inkişaf etdikcə zorakılıq da “inkişaf edir”. Məsələn, bəzi ölkələrdə kiberzorakılıq ortaya çıxıb. Bu fenomenlə mübarizə müfəttişliyin məsuliyyətindən kənar olduğundan, məlumatlar digər müvafiq qurumlarla paylaşılır.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
1
2
azertag.az

3Mənbələr