AZ

Ertuğrul Sağlam Belçika klubunu çalışdıra bilər

Türkiyəli məşqçi Ertuğrul Sağlamın Belçikada çalışma ehtimalı gündəmə gəlib.

İdmanxeber.az xəbər verir ki, 57 yaşlı mütəxəssis “Anderlext”in baş məşqçisi postuna əsas namizədlərdən sayılır.

Onun “Standard”la oyunu tribunadan izləməsi və qarşılaşmadan sonra Besnik Hasinin istefası bu iddiaları gücləndirib.

Sağlam son olaraq “Kocaelispor”u çalışdırıb və 2024-cü ilin dekabrından işsizdir.

Seçilən
35
idmanxeber.az

1Mənbələr