İsrail Livanın cənubunda "Hizbullah" mövqelərinə aviazərbələr endirib.
APA “The Times of Israel”ə istinadən xəbər verir ki, avizərbələr Kfar Tebnit və Ain Qana bölgələrindəki "Hizbullah" obyektlərini hədəf alıb.
Aviazərbələr nəticəsində "Hizbullah"ın havadan müdafiə sitemlərinin əsas idarəedicilərindən olan Əli əl-Hadi Mustafa əl-Həqqani öldürülüb.
Qeyd edək ki, ABŞ-ın vasitəçiliyi ilə 2024-cü ilin noyabrında İsrail və "Hizbullah" arasında atəşkəs əldə olunub. İsrail "Hizbullah"ın sərhəd bölgələrdə öz infrastrukturunu bərpa etmək cəhdlərini razılaşmanın pozulması kimi qiymətləndirir və buna görə də təşkilatın mövqelərini mütəmadi olaraq bombalayır.
"Cebheinfo.az"