Türkiyənin Eskişehir şəhərində şəkər zavodunda partlayış baş verib.
Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, partlayış nəticəsində 6 işçi yaralanıb.
Hadisə Odunpazarı rayonunun Şəkər Mahalləsində baş verib. Əldə edilən məlumata görə, səhər saatlarında həmin ərazidə aparılan işlərdə istifadə olunan xüsusi maddə səbəbindən partlayış baş verib.
İşçilərdən 5-i xəstəxanadakı müalicələrinin ardından evə buraxılıb.
Polis hadisə ilə bağlı araşdırma başladıb.