AZ

Könül Kərimovadan Vəfaya mahnı qadağası – “Belə olmaz” - VİDEO

Əməkdar artist Könül Kərimova müğənni Vəfa Şərifovaya yeni mahnısını ifa etməyə qadağa qoyub.


Bakupost.az xəbər verir ki, bu barədə o, ATV kanalında yayımlanan “Rəngarəng” verilişində bildirib.

Belə ki, Vəfa Şərifova müğənninin “Yar başına dönüm sənin” adlı mahnısının sözlərini dəyişdirərək ifa edib.

Könül Kərimova mahnının dəyişilməsinin qəti əleyhinədir. O, mahnının youtube yüklənəcəyi təqdirdə, sildirəcəyini də vurğulayıb.

Vəfa Şərifova isə məsələ ilə bağlı açıqlamasında mahnını almaq üçün pul xərclədiyini qeyd edib.

Qeyd edək ki, “Yar başına dönüm sənin” mahnısının müəllifi Zemfira Əlişqızıdır.
Seçilən
0
1
yenilik.az

2Mənbələr