AZ

İngilis dili esselərində söz artımı: Bacarıqlar inkişaf edir, yoxsa yük ağırlaşır?

ain.az, Redaktor.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bildiyimiz kimi, buraxılış imtahanlarında ingilis dili fənni üzrə dinləmə, oxu (mətnlə iş) və 100 sözə artırılan esse tapşırıqları tətbiq olunur.

Bəs essedə söz tələbinin artması gənclərin dil bacarıqlarının inkişafına fayda verir, yoxsa onlar üçün əlavə çətinlik yaradır?

Elm və təhsil məsələləri üzrə mütəxəssis Elçin Əfəndi Redaktor.az-a açıqlamasında bildirdi ki, buraxılış imtahanlarında xarici dil blokuna (ingilis dili də daxil olmaqla) dinləmə mətni, oxuyub-anlama mətni, qrammatik və leksik normalar, qaydalar, eləcə də esse tələbi daxildir:

"Təbii ki, bu tələblərin mövcudluğu ümumilikdə müsbət qiymətləndirilməlidir. Çünki şagirdlərin dil biliklərinin yüksək səviyyədə olması bizim üçün vacibdir. Bu biliklərin formalaşması və inkişafı üçün isə məhz bu cür yoxlama üsullarından istifadə edərək onların bilik və bacarıqlarını qiymətləndirmək, mövcud çatışmazlıqları vaxtında aşkar edib aradan qaldırmaq mümkündür. Məlumdur ki, ölkəmizdə ali təhsil müəssisələrində tədrisi ingilis dilində aparılan ixtisaslar mövcuddur. Eyni zamanda bəzi universitetlərdə rus bölməsi də fəaliyyət göstərir. Xarici dil bilikləri zəif olan abituriyentlər həmin ixtisaslara qəbul olduqdan sonra ciddi çətinliklərlə üzləşirlər. Nəticədə onlar əlavə olaraq bir il “foundation” proqramında oxumağa, yəni ingilis dili üzrə hazırlıq keçməyə məcbur olurlar. Bu isə həm əlavə vaxt itkisi, həm də əlavə maliyyə yükü deməkdir".

Müsahibimiz əlavə etdi ki, buna görə də şagirdlərə indidən xarici dillərin əhəmiyyəti aşılanır və onların bu dilləri yaxşı mənimsəmələri təşviq olunur:

"Gələcəkdə universitetə qəbul zamanı, ali təhsili başa vurduqdan sonra elmi-tədqiqat fəaliyyəti ilə məşğul olarkən və ya karyera qurarkən bu dillər onların seçdikləri istiqamətdə mühüm rol oynayaraq bir növ dəstək və stimul funksiyasını yerinə yetirir. Bu baxımdan, belə bir qərarın qəbul olunmasını təqdirəlayiq hesab edirəm".

Xədicə BAXIŞLI

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
11
1
redaktor.az

2Mənbələr