AZ

Yuri Vernidubun azarkeşlərə “Neftçi” qayıdır” mesajı Şifrələr

Olke.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

“Neftçi”nin ölkə çempionatının son turunda qazandığı inamlı qələbə baş məşqçi Yuri Verniduba və komandasına olan ümidləri artırmağa başlayıb. Bakı klubunun 4 cavabsız topla “Araz-Naxçıvan”ı məğlub etməsi çoxdandır gözlənilən qığılcımı göstərib. Bundan öncə MOİK-ə vurulan 6 qollu qələbəsi ilə azarkeşləri sevindirən “ağ-qara”lar sonrakı nəticələri ilə xəyalları puç etmişdi. Bu dəfə isə vəziyyət bir qədər fərqlidir.

“Neftçi”yə hər yeni məşqçi gəldikdə “flaqman” azarkeşləri böyük ümidlərə qapılır. Sonuncu dəfə Samir Abasovun geri qayıtması, paytaxt klubunun ən azı turnirdə birincilik uğrunda vuruşacağına inam yaratmışdı. Lakin Yuri Vernidubun sələfi ardıcıl uğursuz nəticələrlə “ağ-qara”ların azarkeşləri məyus etdi.

Ukraynalı mütəxəssisin gəlişi isə “Neftçi”yə sanki yeni nəfəs verib. Komandanın yoxlama matçlarındakı nəticələrini də qənaətbəxş hesab etmək olar. Ardınca Azərbaycan çempionatında “Zirə” ilə bərabərə qalması, yenidən kabusun geri döndüyünə işarə etsə də, yanlış siqnal olduğu ortaya çıxdı.

Budəfəki rəqib ötən il avroliqalar uğrunda mübarizə aparan “Araz-Naxçıvan” idi. “Neftçi” isə bölgə təmsilçimizə qarşı həm baxımlı oyun göstərdi, həm də amansız oldu.

Bəziləri nəticəni meydan sahiblərinin daxilində yaranan problemlərlə əlaqələndirsə də, bu, “ağ-qaralar”ın oyununa kölgə sala bilməz.

Yuri Vernidubun oyundan sonra “İstəyimiz odur ki, bir dəfə yox, hər dəfə belə oynayaq” açıqlaması, ukraynalı mütəxəssisin “bu qələbə bizi arxayın etmir, var gücümüzlə növbəti oyunlara köklənmişik” kimi başa düşülə bilər. Sələfindən fərqli olaraq onun belə münasibət bildirməsi də, ümidləri bir qədər də artırır. Ukraynalı mütəxəssis bir növ azarkeşlərə “Neftçi” qayıdır” mesajını vermiş oldu.

“Daha yaxşı olmalıyıq, qarşıda görməli olduğumuz çox işlər var. Bizdə ulduz yoxdur, komanda var, ailə var. Bir nəfər hamı üçün, hamı bir nəfər üçün. Bu bizim şüarımızdır. Buna görə də onların hər biri ilə fəxr edirəm”, - Vernidubun bu sözləri peşəkarlığından xəbər verir.

“Neftçi” fanatları köhnə rəqabət üçün darıxıb, işıq yeri isə görünür.Miri

Ölkə.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
0
1
olke.az

2Mənbələr