AZ

Türkiyənin “Yeşilçam” filmlərinin tanınmış aktyoru vəfat edib

Türkiyə kinosunun “Yeşilçam” dövrünün tanınmış aktyoru, “Battal Qazi” filmlərində “Zıpzıp” obrazı ilə yadda qalan Necdet Kökeş vəfat edib.

APA xəbər verir ki, bu barədə "Sözcü" qəzeti məlumat yayıb.

Məlumata görə, aktyor son vaxtlar ağciyər problemləri səbəbindən nəfəs almasını yaxşılaşdırmaq məqsədilə traxeostomiya əməliyyatı keçirib. O, bu gün 82 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Necdet Kökeş 1944-cü ildə Adanada anadan olub. O, kino karyerasına 1970-ci ildə çəkilmiş “Bütün Sevgilər Şirin Başlayır” filmi ilə başlayıb.

Karyerası ərzində təxminən 100 filmdə rol alan veteran aktyor, xüsusilə Cüneyt Arkınla birlikdə çəkildiyi “Battal Qazi” filmlərində canlandırdığı “Zıpzıp” obrazı ilə tanınıb.

Necdet Kökeş həmçinin “Deli Domrul”, “Şaban Əsgərdə”, “Hakanlar Çarpışıyor”, “Leblebi Tozu” və “Avrupalı” kimi filmlərdə də rol alıb.

Seçilən
11
5
apa.az

7Mənbələr