AZ

“Azərbaycan publisistikasının inkişaf mərhələləri (1875-2025)” kitabı nəşr olunub

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Mətbuat tarixi və publisistika şöbəsinin baş elmi işçisi, filologiya elmləri doktoru Gülbəniz Babayevanın “Azərbaycan publisistikasının inkişaf mərhələləri (1875-2025)” adlı kitabı çap olunub.

Kitab 25 aprel 2025-ci il “Azərbaycan milli mətbuatının 150 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı”na əsasən işıq üzü görüb. Monoqrafiya Ədəbiyyat İnstitutunun Elmi Şurasının 16 may 2025-ci il tarixli 3 saylı qərarı ilə nəşr edilib.

Kitabın elmi redaktoru Mətbuat tarixi və publisistika şöbəsinin müdiri filologiya elmləri doktoru, professor Vüqar Əhməddir. Rəyçiləri filologiya elmləri doktorları, professorlar Cahangir Məmmədli, Allahverdi Məmmədli və filologiya elmləri doktoru Elçin Mehrəliyevdir. Redaktoru filologiya üzrə fəlsəfə doktoru Səbuhi Qəhrəmanovdur.

“Elm” nəşriyyatında çap olunan monoqrafiya 512 səhifədən ibarətdir. Kitab giriş, səkkiz fəsil, on doqquz yarımfəsildən ibarətdir.

Monoqrafiyada ilk dəfə olaraq Azərbaycan publisistikasının 150 illik tarixi, ayrı-ayrı inkişaf mərhələləri ardıcıl və sistemli şəkildə tədqiqata cəlb olunur. Müxtəlif təmayüllü və çoxsaylı mətbuat orqanları əsasında publisistikamızın özünəməxsus keyfiyyətləri, mövzu, ideya, janr və üslub rəngarəngliyi, çoxçalarlığı nümunələr əsasında tədqiq edilir. Görkəmli şəxsiyyətlərin Azərbaycan milli mətbuatının inkişafına verdiyi töhfələr və müstəqil Azərbaycan uğrunda ağardıqları mübarizə və mücadilələri geniş şəkildə işıqlandırılır.

XQ

Seçilən
28
1
xalqqazeti.az

2Mənbələr