AZ

ABŞ büdcəsi gömrük rüsumlarından 287 milyard dollar qazanıb

ABŞ büdcəsi gömrük rüsumlarından 287 milyard dollar qazanıb

ABŞ hökumətinin gömrük rüsumlarından əldə etdiyi gəlir 2025-ci ildə təxminən 287 milyard dollara çatıb ki, bu da 2024-cü ilin göstəricisindən üç dəfə çoxdur.

AFN.az "The New York Times" (NYT) nəşrinə istinadən xəbər verir ki, bu vəsaitin əsas hissəsi xarici firmalar tərəfindən deyil, idxalçı olan Amerika şirkətləri tərəfindən ödənilib.

Prezident Donald Tramp administrasiyası bu rüsumların xarici dövlətlər tərəfindən ödəniləcəyini iddia etsə də, iqtisadçıların əksəriyyəti əsas maliyyə yükünün yerli biznesin və istehlakçıların üzərinə düşdüyü qənaətindədir. Maraqlıdır ki, Trampın özü bu gəlirləri daha yüksək – 600 milyard dollar səviyyəsində qiymətləndirir.

Xatırladaq ki, 2025-ci il aprelin 2-də ABŞ prezidenti 185 ölkə və ərazidən gələn məhsullara gömrük rüsumu tətbiq edib. Hazırda bu qərara qarşı irimiqyaslı hüquqi mübarizə davam edir. Kolumbiya dairəsinin apellyasiya məhkəməsi artıq bir çox tariflərin qanunsuz olduğunu və prezidentin belə səlahiyyətinin olmadığını tanısa da, Ağ Ev sentyabrın 4-də bu qərarın ləğvi üçün Ali Məhkəməyə müraciət edib.

Seçilən
28
afn.az

1Mənbələr