AZ

Medvedev o anlardan danışdı: Süpürgəçi işləyirdim, təqaüdüm isə...

ain.az, GlobalInfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Rusiyanın Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev tələbəlik illərində təqaüdün az olması səbəbindən süpürgəçi (xadimə) işlədiyini bildirib.

Globalinfo.az xəbər verir ki, o, TASS-a müsahibəsində bu barədə danışıb.

Jurnalist siyasətçiyə tez-tez istifadə etdiyi “pul yoxdur, amma siz dözün” ifadəsini xatırladıb. Bundan sonra Medvedevdən pulsuzluqdan nə vaxt əziyyət çəkdiyini soruşub. Siyasətçi belə anların xüsusilə tələbəlik dövründə çox olduğunu bildirib.

Onun sözlərinə görə, yaxşı oxusa da, aldığı təqaüd təxminən 50 rubl təşkil edib.

Safura Bənnayeva

Globalinfo.az 

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
18
globalinfo.az

1Mənbələr