AZ

1972-ci ildən sonra ilk pilotlu Ay missiyası üçün geri sayım başladı

1972-ci ildən sonra ilk pilotlu Ay missiyası üçün geri sayım başladı

NASA dörd astronavtı Ay orbitinə daşıyacaq yeni nəhəng raketinin yanacaq doldurma testi üçün şənbə günü iki günlük geri sayım prosesinə start verib. Bu kritik sınaq heyətin uçma tarixini müəyyən edəcək ən mühüm addım hesab olunur.

Xəstəlik riskinə qarşı Hyustonda karantində olan komandir Rid Uayzmen və komandası 1972-ci ildən bəri Aya göndəriləcək ilk insanlar olacaqlar. Heyət sınaq prosesini bazadan izləyir. Raket uçuş icazəsi aldıqdan sonra onlar Kenedi Kosmik Mərkəzinə keçid edəcəklər.

Şiddətli soyuqlar proqramı ləngidib

Floridada hökm sürən dondurucu soyuqlar səbəbindən yanacaq testi və ehtimal olunan uçma tarixi iki gün təxirə salınıb. 98 metr uzunluğundakı Kosmik Uçuş Sistemi (SLS) raketi iki həftə əvvəl uçuş meydançasına çıxarılıb.

Qızdırıcılar və xüsusi sistemlər vasitəsilə soyuq hava şəraitindən qorunan sistemlərdə bu gün keçiriləcək yanacaq testi uğurla nəticələnərsə, ən yaxın uçma tarixi 8 fevral olaraq hədəflənir. Bazar ertəsi keçirilməsi planlaşdırılan testdə raketin çənlərinə təxminən 2,6 milyon litr ifrat soyudulmuş yanacaq doldurulacaq.

Ay səyahətinin təfərrüatları

Proses mühərriklərin alışmasına cəmi 30 saniyə qalmış dayandırılacaq. ABŞ və kanadalı astronavtları daşıyan "Orion" kapsulu Ay ətrafında dövr etdikdən sonra təxminən 10 gün davam edəcək missiyasını Sakit okeana enərək tamamlayacaq.

NASA-nın qarşısındakı tək maneə hava şəraiti deyil. Fevral ayı ərzində uçma üçün yalnız müəyyən günlərdə uyğun vaxt intervalı mövcuddur. Eyni zamanda, Beynəlxalq Kosmik Stansiyaya (BKS) yeni heyətin göndərilməsi vəzifəsi də təqvimi sıxlaşdırır. Missiya rəhbərləri bildirirlər ki, əgər uçma 11 fevrala qədər baş tutarsa, Ay missiyasına üstünlük veriləcək.

Seçilən
15
afn.az

1Mənbələr